Keçmiş Braziliya prezidenti müxalifətlə bağlı planından imtina etdi

Dünya


Braziliyanın keçmiş prezidenti Jair Bolsonaru vətənə qayıtdıqdan sonra ölkə müxalifətinə rəhbərlik etmək istəmədiyini açıqlayıb.

O, bu barədə “CNN Brasil” telekanalına müsahibəsində bildirib.

“Mən hər hansı müxalifətə rəhbərlik etməyəcəyəm. Mən deputatlar palatasında 28 illik təcrübəyə malik bir insan kimi partiyamla çalışacağam. İstəyənlərlə əməkdaşlıq etmək, zəruri olan şeyləri dəstəkləmək və dəyişdirilməsi lazım olanı dəyişdirmək üçün çalışacağam”, – deyə siyasətçi planlarını bölüşüb.

Bolsonaru həmçinin xatırladıb ki, bundan əlavə o, dörd il prezident, iki il müşavir vəzifəsində çalışıb və daha on beş il orduda xidmət edib.

Qeyd edək ki, fevralın əvvəlində Bolsonaru ABŞ-dan gəldikdən sonra müxalifətə rəhbərlik etmək planlarını açıqlamışdı. O həmçinin bildirmişdi ki, Braziliyaya qayıtmasının hüquqi risklərindən xəbərdardır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir