BƏƏ-də 4 yaşlı uşaq dünyanın ən gənc yazıçısı oldu

Dünya


Əbu-Dabidən olan 4 yaşlı Səid Rəşid Əl-Mheyri kitab nəşr edən dünyanın ən gənc müəllifi kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Onun rekordu müəllifin “Fil Səid və Ayı” uşaq kitabı min tirajdan çox satıldıqdan sonra qeydə alınıb.

Uşağın əsəri iki heyvan arasında xeyirxahlıqdan və gözlənilməz dostluqdan bəhs edir.

Səid anasının köməyilə yazmağı öyrənib və tezliklə orijinal hekayələr yaratmağa başlayıb. Ona iki dildə kitab nəşr edən dünyanın ən gənc yazarı olan böyük bacısı Əl-Dabi ilham verib.

Qız 8 yaşında ikən bir ildən az müddətdə iki dildə kitablar seriyasını nəşr edib və bu göstərici üzrə rekorda yiyələnib. Bundan əlavə, Əl-Dabi 4-10 yaşlı uşaqları ərəb və ingilis dillərində yazmağa həvəsləndirmək üçün Uşaqlardan-uşaqlara Kitablar təşəbbüsünü başladıb.

Mənbə: daily.afisha.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir