Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı səfərbərliyin ikinci dalğasını keçirməyi planlaşdırmır.
Baş Qərargahın Baş Təşkilat və Səfərbərlik İdarəsinin rəisi Vladimir Tsimlyanski bu barədə brifinqdə bildirib.
O qeyd edib ki, mövcud insan resursları kifayət qədərdir.
“Baş Qərargahın planlarında ikinci səfərbərlik dalğası yoxdur. Artıq hərbi xidmətə çağırılmış şəxslər, eləcə də könüllü olaraq əməliyyatda iştirak etmək arzusunu bildirmiş vətəndaşlar qarşıya qoyulan tapşırıqları yerinə yetirmək üçün kifayət qədərdir”, – deyə Tsimlyanski bildirib.
Mənbə: RBC
www.102info.az