Türkiyədə polisləri daşıyan avtobus alışıb-yandı – FOTO

Dünya


Türkiyədə, Trabzon-Gümüşhane avtomobil yolunda polisləri daşıyan avtobus naməlum səbəbdən yanıb.

Polislər son anda avtobusu tərk edə biliblər. Böyük bir hissəsi yanan avtobus yararsız hala düşüb.

Məlumata görə, nəqliyyat vasitəsi Rizədən Malatyaya gedən polisləri daşıyıb.

Yanğına yoldan keçən maşınlardakı yanğınsöndürücülərlə müdaxilə edilib, daha sonra bələdiyyə yanğınsöndürənləri əraziyə gəliblər.

Faktla bağlı araşdırma başlanıb.

Mənbə: İHA

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir