Fransa millisinin baş məşqçisi jurnalisti məhkəməyə verdi

Dünya


Fransa millisinin baş məşqçisi Didye Deşam RMC-nin jurnalisti Daniel Riolonu məhkəməyə verib.

Buna səbəb mütəxəssisin Kərim Benzemanın DÇ-2022-yə getməyəcəyini açıqlamasından sonra jurnalistin onun əleyhinə “yalançı” və “manipulyator” kimi ifadələr işlətməsidir.

“Deşamın tənqid, hətta sərt tənqidlə problemi yoxdur. Ancaq burada onun ədəb və dürüstlüyü şübhə altına alınır. Riolo “yalançı” və “manipulyator” ifadələrini işlədib. Bunlar qəbuledilməz sözlərdir”, – Deşamın vəkili bildirib.

Xatırladaq ki, Benzema Qətərdəki dünya çempionatı başlamazdan əvvəl zədələnib və komandanın düşərgəsini tərk edib.

Mənbə: sport-express.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir