Danimarka səfiri Türkiyə XİN-ə çağrıldı

Dünya


Danimarkanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Buna səbəb “Quran”a və Türkiyə bayrağına qarşı davranış olub.

“Martın 24-də Danimarkada müqəddəs kitabımız “Qurani-Kərim”ə və şanlı bayrağımıza qarşı törədilmiş nifrət dolu cinayətə 31 mart tarixində – Ramazan ayında yenidən icazə verilməsini qəti şəkildə pisləyirik. Bir daha bildiririk ki, bu mənfur əmələ söz azadlığı adı altında icazə verilməsi tamamilə qəbuledilməzdir və belə bir yanaşmaya heç vaxt bəraət qazandırıla bilməz. Nazirliyimizə çağrılan Danimarka səfirinə məlumat verilib ki, biz bu iyrənc davranışı qətiyyətlə pisləyirik və buna etiraz edirik. Biz bir daha Danimarka hakimiyyətini bu cinayəti törədənlərə qarşı lazımi tədbirlər görməyə və bu cür təxribatların təkrarlanmaması üçün effektiv addımlar atmağa çağırırıq”.

Mənbə: DHA 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir