Ermənistan parlamentində deputatlar arasında dava düşüb.
“Ermənistan” blokundan olan müxalifətçi deputat Mqer Saakyan və hakim “Vətəndaş sazişi” Partiyasından olan deputat Vladimir Vardanyan arasında əlbəyaxa dava baş verib.
İnsident parlamentin dövlət-hüquq məsələləri daimi komissiyasının qapalı iclasında baş verib.
Məlumata görə, Saakyan Vardanyandan səsini yüksəltməməsini tələb edib. “Kimə istəsəm qışqıraram, nə istəsəm, onu da edərəm”, – deyə Vardanyan cavab verib.
Nəticədə hər iki deputat yerlərindən sıçrayaraq bir-birilərinin üzərlərinə atılıblar və zərbələr endirməyə başlayıblar.
Hadisə yerinə dərhal polis gəlib və Saakyan dindirilmək üçün polis idarəsinə aparılıb.
Vardanyan bədən xəsarətləri alıb və xəstəxanaya göndərilib.
www.102info.az