Dağıdıcı tornado ABŞ ştatını viran qoyub: Qurbanlar var – FOTO

Dünya


Arkanzas ştatını vuran bir neçə tornado nəticəsində azı iki nəfər həlak olub.

Bu barədə ştatın qubernatoru Sara Sanders brifinq zamanı bildirib.

Məlumata görə, Pulaski dairəsində 50-dən çox adam xəstəxanaya yerləşdirilib.

Təbii fəlakətlə bağlı Arkanzas qubernatoru ştatda fövqəladə vəziyyət elan edib və tornadoların fəsadlarının aradan qaldırılmasına kömək etmək üçün Milli Qvardiyanın qüvvələrini cəlb edib.

www.102info.az