Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb.
Qərar bu gün “Resmi Qazete”də dərc olunub.
Sənədə əsasən, Finlandiya Respublikasının Şimali Atlantika Müqaviləsinə qoşulmasına dair 2022-ci il iyulun 5-də Brüsseldə imzalanmış protokol bu gün qüvvəyə minir.
Xatırladaq ki, Finlandiyanın NATO-ya üzvlük protokolunun təsdiqi ilə bağlı qanun layihəsi dünən Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında qəbul edilib.
Finlandiya Xarici İşlər Nazirliyi qərarın qəbulundan sonra “Twitter” hesabında təşəkkür edib:
“Təşəkkürlər! Finlandiyanın NATO-ya üzvlük protokolunu təsdiqləmə qərarına görə Türkiyə Böyük Millət Məclisinə minnətdarıq”, – deyə qurumdan bildirilib.
www.102info.az