Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Rusiyanın BMT Təhlükəsizlik Şurasında sədrliyə başlamasına ironik şəkildə münasibət bildirib.
Diplomat bu barədə öz “Twitter” hesabında paylaşım edib.
“Rusiyanı BMT Təhlükəsizlik Şurasında sədrliyə başlaması münasibətilə təbrik edirəm! Mən sizin hərbi gəmilərinizin təyinatı ilə bağlı Ukraynanın təklifinin qızğın müzakirələrini səbirsizliklə gözləyirəm”, – Qabrielius Landsberqis paylaşımında qeyd edib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasına aprelin 1-dən Rusiya sədrlik edəcək.
Congratulations Russia on assuming the Presidency of the UN Security Council! Looking forward to some energetic discussions on Ukraine’s proposal for the destination of your warships.
— Gabrielius Landsbergis🇱🇹 (@GLandsbergis) April 1, 2023
www.102info.az