Türkiyə Super Liqasında XXVII turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, lider “Qalatasaray” “Adana Demirspor”u qəbul edib. Görüş “sarı-qırmızılar”ın qələbəsi ilə başa çatıb – 2:0.
İstanbul təmsilçisinə üç xal qazandıran qolları 86-cı dəqiqədə Fredrik Midtşö və 90+8-ci dəqiqədə penaltidən Nikolo Zaniolo vurublar.
Qələbə sayəsində xallarını 64-ə çatdıran “Qalatasaray” vahid liderdir. Komanda ən yaxın izləyicisi “Fənərbağça”nı 9 xal üstələyir. “Adana Demirspor” 49 xalla 4-cüdür.
www.102info.az