Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Aİ diplomatiyasının rəhbəri Josep Borreli axmaqlıq üzrə “böyük mütəxəssis” adlandırıb.
Belə ki, o, Borrelin Rusiyanın aprelin 1-də BMT Təhlükəsizlik Şurasına sədrliyi öhdəsinə götürməsinin “axmaqlar gününə uyğun gəlməsi”lə bağlı sözlərini şərh edib.
Medvedev Borrelin 1 Aprel Axmaqlar Günü üzrə böyük ekspert olduğunu bildirib. “Bu, onun günüdür”, – siyasətçi vurğulayıb.
Qeyd edək ki, Rusiya aprel ayında BMT Təhlükəsizlik Şurasına sədrlik edir.
Mənbə: TASS
www.102info.az