Türkiyə Super Liqasında XXVII tur davam edir.
Oxu.Az xəbər verir ki, İstanbul derbisində “Fənərbağça” və “Beşiktaş” münasibətlərinə aydınlıq gətiriblər. Birincilərin meydanında keçirilən qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb – 4:2
Hesabı 41-ci dəqiqədə penaltidən “Fənərbağça”nın futbolçusu Enner Valensiya açsa da, ikinci yarıda Cenk Tosunun dublu, Natan Redmond və Vensan Abubakarın qolları ilə “Beşiktaş” qələbə qazanmağı bacarıb.
“Fənərbağça”nın 2-ci qoluna son dəqiqələrdə İrfan Can Kahveci imza atıb. Qonaq komandada 51-ci dəqiqədə Velinton qırmızı vərəqə ilə meydandan qovulub.
“Beşiktaş” qələbə sayəsində xallarını 52-yə çatdırıb. Üçüncü pillədə qərarlaşan “qara qartal” ikinci “Fənərbağça” ilə fərqi ikiyə endirib. Lider “Qalatasaray”ın isə 63 xalı var.
www.102info.az