“Fənərbağça” baş məşqçisi Jorji Jezuşla yolları ayırmaq qərarına gəlib.
Klub rəhbərliyi komandanın dünən “Beşiktaş”a məğlubiyyətindən (2:4) sonra portuqaliyalı mütəxəssislə yola davam etmək istəmir. Qərarın bu gün açıqlanacağı bildirilir.
“Fənərbağça” Super Liqada 54 xalla ikinci sıradadır. Komanda lider “Qalatasaray”dan 9 xal geri qalır.
68 yaşlı mütəxəssis 2022-ci ilin yayından İstanbul klubunu çalışdırır.
Mənbə: “Sabah”
www.102info.az