Fransanın “Nant” klubunun futbolçusu Jauen Adjam ölkə çempionatının XXIX turunda “Reyms”ə qarşı oynamayıb.
Buna onun oruc tutması səbəb olub. Komandanın baş məşqçisi Antuan Kombuare əlcəzairli müdafiəçidən orucunu açmasını istəsə də, o, bundan imtina edib. Bundan sonra çalışdırıcı sol cinah oyunçusunu matçın heyətinə daxil etməyib.
Kombuare məşq günləri futbolçuların oruc tutmasına etiraz etmədiyini, hətta onları ağır məşqlərdən azad etdiyini bildirib. Lakin o, oyun günü komanda üzvlərinin oruclu olmasının qəti əleyhinədir.
Daha əvvəl Fransa Futbol Federasiyası futbolçuların oyun vaxtı oruclarını açmaları ilə bağlı təklifi qəbul etməyib.
Mənbə: sportbible.com
www.102info.az