İtaliyanın məşhur xizək kurortları iqlim dəyişikliyinə görə yox ola bilər.
Trek sahibləri qar toplarına milyonlarla avro sərmayə qoyurlar, lakin qış üçün temperaturun çox yüksək olması səbəbindən bu investisiya özünü doğrultmur.
Məsələn, Apennin dağlarında yerləşən məşhur Monte Simone kurortu mövsüm başlamazdan əvvəl beş milyon avroya süni qar yaratmaq üçün avadanlıq alıb. Lakin qar topları işə yaramayıb. Belə ki, onların havaya atdıqları su damcılarının qar kimi yerə düşməsi üçün dondurucu soyuğa ehtiyacı var. Halbuki, yanvarın ortalarına qədər temperatur sıfırdan aşağı düşməyib.
Buna görə də xizək enişləri bağlanıb, təlimatçılar və mövsümi işçilər qazancsız qalıblar.
Xizək turizmi operatorlarının yerli konsorsiumunun rəhbəri Luçiano Maqnani bildirib ki, sənaye bu mövsüm adi mənfəətinin 40 faizini itirib.
Bundan əlavə, Avropada temperaturun yüksəlməsi quraqlığa gətirib çıxarıb. Ona görə də İtaliya tezliklə milyonlarla kubmetr su tələb edən süni qardan da məhrum olacaq.


Mənbə: octagon.media
www.102info.az