Niderlandda sərnişin qatarının relsdən çıxması nəticəsində onlarla insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə Mərkəzi Niderland regionunun təhlükəsizlik xidməti məlumat yayıb.
İlkin məlumatlara görə, qəza vaxtı qatarda ümumilikdə 50-60 nəfər olub.
Hadisə ölkənin Voorsxoten kəndinin ərazisində baş verib.
Təhlükəsizlik xidmətinin məlumatına görə, sərnişin qatarı tikinti üçün istifadə edilən avadanlıqlara çırpılıb.
Hadisənin təfərrüatı barədə ətraflı məlumat verilmir.






Mənbə: TASS
www.102info.az