Fransa millisinin keçmiş futbolçusu Emmanuel Peti PSJ azarkeşlərinin Lionel Messini fitə basmalarına münasibət bildirib.
52 yaşlı sabiq yarımmüdafiəçi argentinalını komandanı tərk etməyə çağırıb:
“Messini fitə basmaq futbola təhqirdir. İndi o klubdan get, Leo. Bu, futbol klubu deyil. PSJ-də heç bir oyunçu inkişaf etməyib, bu, Messinin günahı deyil”.
Xatırladaq ki, Liqa 1-də “Lion”la matçdan öncə komandanın heyəti açıqlanarkən Lionel Messinin adı çəkiləncə azarkeşlər onu fitə basıblar.
Mənbə: indianexpress.com
www.102info.az