Narışkin: “Qərb Tbilisini Rusiyaya qarşı “ikinci cəbhə”nin zəruriliyinə inandırmağa çalışır”

Dünya


“Qərb ölkələri Tbilisini Ukrayna hadisələri ilə bağlı Rusiyaya qarşı “ikinci cəbhə”nin açılmasının zəruriliyinə inandırmağa çalışır, deyirlər ki, Abxaziya və Cənubi Osetiya üzərində nəzarəti bərpa etmək üçün hazırda əlverişli məqamdır”.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşündə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.

“Biz Vaşinqtonun, Brüsselin, Londonun Gürcüstan rəhbərliyini “ikinci cəbhə”nin açılmasının zəruriliyinə inandırmaq üçün israrlı cəhdlərini görürük”, – deyə Narışkin bildirib.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir