Stoltenberq: “NATO qoşunları hələ Finlandiyaya girməyəcəklər” – FOTO

Dünya


“NATO qoşunları hələ Finlandiyaya girməyəcəklər”.

Bu barədə Alyansın Baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bunun üçün əvvəlcə rəsmi Helsinki NATO-ya sorğu göndərməlidir.

“Bu, Finlandiyanın qərarı olacaq. Helsinkinin razılığı olmadan Finlandiyada NATO qoşunları olmayacaq”, – deyə təşkilatın baş katibi bildirib.

O həmçinin əlavə edib ki, Helsinki alyansa müasir hərbi sənaye və yüksək peşəkar ordu gətirəcək.

Xatırladaq ki, bir gün əvvəl Stoltenberq Finlandiyanın aprelin 4-də alyansa rəsmən qoşulacağını təsdiqləyib.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir