“NATO-ya Finlandiya ilə birlikdə daxil olmaq bizim üçün çox əhəmiyyətli idi”.
Bu sözləri İsveç xarici işlər naziri Tobias Billström “Corriere della Sera” qəzetinə müsahibəsində deyib.
“İyunun 1-də qüvvəyə minəcək qanunun son hissəsi istisna olmaqla biz Türkiyə ilə imzalanmış memorandumda qeyd olunan bütün öhdəlikləri yerinə yetirdik. Bu səbəbdən də Macarıstan parlamentarilərinin üzvlüyümüzü təsdiqləməsini gözləyirik”, – deyə o bildirib.
Billström vurğulayıb ki, lazım gələrsə, alyansın şərq cinahını gücləndirmək üçün Baltikyanı ölkələrə qoşun göndərməyə hazırdırlar.
Mənbə: Haber Global
www.102info.az