Papua-Yeni Qvineyada baş verən 7 bal gücündə zəlzələnin dəhşətli görüntüləri yayılıb.
Videogörüntülərdə magistral yolların ikiyə bölündüyü əks olunub.
Xatırladaq ki, Papua-Yeni Qvineyada dünən yerli vaxtla saat 04:00-da 7 bal gücündə zəlzələ baş verib. Episentri Çambri gölü olan zəlzələnin dərinliyi 62 kilometr olub.
Zəlzələdə 4 nəfər həyatını itirib, 17 nəfər yaralanıb.
Rəsmilər tərəfindən verilən məlumata görə, 23 kənddə böyük dağıntılar əmələ gəlib, 300-dən çox ev dağılıb.



Mənbə: Haber Global
www.102info.az