Norveç Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketini təqdim edib.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Bildirilib ki, bu məhdudiyyətlər Avropa İttifaqı tərəfindən 2023-cü il fevralın 25-də qəbul edilmiş onuncu sanksiyalar paketini əks etdirir. Norveç də bəzi dəyişikliklər edərək bu sanksiyalara qoşulub.
Norveçin yeni sanksiyaları əsasən Rusiyadan xam neft və neft məhsullarının idxalının qadağasını nəzərdə tutur.
Mənbə: Gazeta.ru
www.102info.az