İsrailin baş naziri Benyamin Netanyahu hesab edir ki, İran nüvə silahına çıxış əldə edərsə, bütün dünya onun girovuna çevriləcək.
“İranın nüvə silahı əldə etməsinə mane olmasaq, özümüzü başqa bir reallıqda görəcəyik. Bütün dünya bizi məhv etmək istəyən bir tərəfin girovuna çevriləcək”, – İsrailin baş naziri çərşənbə axşamı özünün “Twitter” səhifəsində bildirib.
Netanyahu əlavə edib ki, məhz bu səbəbdən İranın nüvə silahı əldə etməsinin qarşısını almaq İsrail üçün əsas vəzifədir.
אם לא נמנע מאיראן להשיג נשק גרעיני אנחנו נהיה במציאות אחרת שהעולם כולו יועמד כבן ערובה מול גורם שחרט על דגלו להשמיד אותנו, ולכן זאת משימת העל שלנו.
(צילום: קובי גדעון, לע״מ)
— Benjamin Netanyahu – בנימין נתניהו (@netanyahu) April 4, 2023
Mənbə: TASS
www.102info.az