İPL: “Çelsi” – “Liverpul” oyununda qalib müəyyənləşmədi

Dünya


İngiltərə Premyer Liqasında (İPL) VII və VIII turlardan təxirə salınmış oyunlar keçirilib.

Oxu.Az xəbər verir ki, VIII turun oyununda “Liverpul”la “Çelsi” londonluların meydanında münasibətlərinə aydınlıq gətiriblər. Matçda qalib müəyyənləşməyib – 0:0.

“Liverpul” 28 matçda topladığı 43 xalla 8-ci, “Çelsi” 29 qarşılaşmada qazandığı 39 xalla 11-cidir.

VII turdan təxirə salınmış görüşlərdə isə “Brayton” səfərdə “Bornmut”a 2:0, “Aston Villa” rəqib meydanında “Lester”ə 2:1 qalib gəlib, “Lids” isə evdə “Nottinqem”i 2:1 hesabı ilə məğlub edib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir