Səudiyyə Ərəbistanı çempionatında XXII turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, Kriştianu Ronaldunun formasını geyindiyi “Əl-Nəsr” “Əl-Adalah”ın qonağı olub və 5:0 hesablı qələbə qazanıb.
90 dəqiqə meydanda olan portuqaliyalı matçda iki qolun müəllifi olub. 40-cı dəqiqədə penaltidən hesabı açan Ronaldu 66-cı dəqiqədə matçda 3-cü topu vurub. 38 yaşlı forvard Səudiyyə Ərəbistanı çempionatında vurduğu qolların sayını 11-ə çatdırıb.
“Əl-Nəsr” 22 matçda topladığı 52 xalla turnir cədvəlində 2-cidir. Komanda lider “Əl-İttihad”dan 1 xal geri qalır.
www.102info.az