Avstraliya hökuməti dövlət işçilərinə “TikTok” sosial şəbəkəsindən istifadəni qadağan edəcək.
Bu barədə ölkənin baş prokuroru Mark Dreyfus məlumat verib.
“Kəşfiyyat və təhlükəsizlik agentliklərinin tövsiyələrinə əsasən, mən hökumət qurumlarının təhlükəsizlik siyasətini qorumaq üçün “TikTok” tətbiqindən istifadəni qadağan etmək üçün məcburi icra sərəncamının hazırlanmasına göstəriş vermişəm”, – deyə Avstraliyanın baş prokuroru vurğulayıb.
Lakin prokuror qadağanın hansı tarixdən etibarən qüvvəyə minəcəyini söyləməyib.
Mənbə: TASS
www.102info.az