Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu Lionel Messini heyətinə qatmaqda israrlıdır.
Ərəblər argentinalı üçün astronomik təklif irəli sürüblər. “Əl-Hilal” rəhbərliyi 35 yaşlı hücumçuya illik 400 milyon avro ödəməyə hazırdır.
Messi özü Avropada qalmaq istəyir. Onun ilk seçimi “Barselona”ya qayıtmaqdır. Futbolçu hətta ABŞ çempionatına getməyi də “Əl-Hilal”a keçməkdən üstün tutur.
Messinin PSJ ilə müqaviləsi mövsümün sonuna qədərdir. Tərəflərin yeni sözləşmə imzalamayacağı bildirilir.
Mənbə: “Marca”
www.102info.az