“Finlandiyanın Şimali Atlantika Alyansına daxil olması Rusiya Prezidenti Putin üçün dərs olmalıdır”.
Bu barədə Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.
“Mən şadam ki, Finlandiyanın NATO-ya üzvlük üçün müraciəti təsdiqləndi. Mən bu ölkəni təşkilatda salamlamaq istəyirəm”, – deyə nazir qeyd edib.
“Qoy Finlandiya Putin üçün dərs olsun. Finlandiya öz iradəsi əsasında üzv olmaq qərarına gəlib. Suveren dövlət kimi öz ittifaqını seçmək azadlığı vətəndaşların və yalnız vətəndaşların işidir”, – deyə Ben Uolles əlavə edib.
Mənbə: “Sky News”
www.102info.az