Avropa İttifaqı (Aİ) ölkələri aprelin 9-da keçiriləcək katolik Pasxa bayramından sonra Rusiyaya qarşı sanksiyaların 11-ci paketini müzakirə etmək niyyətindədir.
Bu barədə “Politico” üç avropalı diplomata istinadən xəbər verib. Digər təfərrüat verilmir.
Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib ki, 11-ci sanksiyalar paketi mövcud məhdudiyyətlərdən yayınma ilə mübarizəyə yönəldiləcək.
www.102info.az