“Bir çox Avropa şirkətləri sanksiyalardan yan keçərək Rusiyada françayzinq əsasında işləməyə davam edirlər”.
Bu barədə Fransa Milli Assambleyasının üzvü Ceremi Patri-Leytu bildirib.
Bununla əlaqədar olaraq Fransanın xarici işlər naziri Ketrin Kollonnaya müraciətində o, Moskvaya qarşı yeni növ sanksiyalar tətbiq etməyə çağırıb. Onun fikrincə, bu sanksiyalar vergitutmanın müstəsna mexanizminin tətbiqi yolu ilə həyata keçirilə bilər ki, bu da Avropa şirkətlərinin Rusiyada françayzinq müəssisələri yaratmasının qarşısını ala bilər.
Rusiyaya qarşı yeni sanksiyaların zəruriliyini əsaslandıran Patri-Leytu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrelin bəyanatını xatırladıb. Martın 10-da verdiyi bəyanatda Borrel bildirmişdi ki, Avropa İttifaqının Moskvaya təsir etmək üçün sanksiya imkanları, demək olar ki, tükənib.
Bununla belə, Avropa şirkətləri, o cümlədən Fransaya məxsus olanlar hələ də Rusiyada fəaliyyət göstərirlər. Bəziləri hətta françayzinq müəssisələrdən istifadə edərək yenidən fəaliyyətlərini bərpa edirlər.
Ceremi Patri-Leytu qeyd edib ki, acıq şəkildə Avropa ilə düşmənçilik edən ölkədə iri Qərb müəssisələrinin mövcudluğunun qarşısı alınmalıdır.
Mənbə: Lenta.ru
www.102info.az