“Trabzonspor”un baş məşqçisi Orhan Ak istefa verib.
Mütəxəssis Türkiyə kubokunun 1/4 finalında “Ankaragücü”nə 1:3 hesabı ilə uduzduqları oyundan sonra kluba zərər verməmək üçün bu addımı atdığını bildirib.
Qeyd edək ki, martda Abdullah Avcının istefaya göndərilməsindən sonra köməkçi məşqçi Orhan Ak mövsümün sonuna kimi komandanın baş məşqçisi təyin olunmuşdu.
Xatırladaq ki, “Trabzonspor” son Türkiyə çempionudur.
Mənbə: “Haber Türk”
www.102info.az