Rusiyanın Yekaterinburq şəhərində sirk studiyasında 14 yaşlı artist üç metr hündürlükdən yıxılıb.
Sosial şəbəkələrdə hadisənin başvermə anının görüntüləri yayılıb.
Kadrlarda qoruyucu kəndirin qəfil qırıldığı görünür.
Yeniyetmədə beyin əzilməsi və temporal sümüyün sınığı müəyyən olunub. O, süni komaya salınıb.
Mənbə: “Lenta dnya” “Telegram” kanalı
www.102info.az