Ukraynada futboldan uzaqlaşdırılan Andrey Pavelko dörd il müddətinə UEFA İcraiyyə Komitəsinə üzv seçilib.
Seçkilər bu gün qitə Futbol qurumunun Portuqaliyanın paytaxtı Lissabonda təşkil olunan 47-ci Konqresində keçirilib. Pavelko 31 səs toplayıb.
Maraqlıdır ki, Kiyev Məhkəməsi fevralda adı maliyyə maxinasiyalarında hallanan funksioneri 2023-cü il martın 17-dək Ukrayna Futbol Assosiasiyasının prezidenti vəzifəsindən kənarlaşdırıb. Daha sonra qərar mayın 13-dək uzadılıb.
Mənbə: kulichki.net
www.102info.az