İsveç terrorda şübhəli bilinən şəxsi Türkiyəyə təhvil verməkdən imtina edib

Dünya


İsveç Ankaranın terrorda ittiham etdiyi şəxsi Türkiyəyə ekstradisiya etməkdən imtina edib.

Məlumata görə, 50 yaşlı şübhəli İsveç vətəndaşıdır və bu səbəbdən ekstradisiya edilə bilməz. Halbuki, Ankara onun Türkiyədə silahlı terror təşkilatının üzvü olduğunu bildirir.

Ekstradisiya tələbinin 2022-ci ilin noyabrında daxil olduğu bildirilir.

Eyni zamanda, İsveç hökuməti dələduzluğa görə təqribən 13 ilə yaxın həbs cəzasına məhkum edilmiş şəxsin ekstradisiyasına icazə verib. Krallığın Ali Məhkəməsi İsveçdə saxlanılan Türkiyə vətəndaşının ekstradisiyası üçün heç bir maneə görmədiyini bildirib.

Qeyd edək ki, 2022-ci ilin iyulunda İsveç ölkədəki kürd terrorçularını Türkiyəyə təhvil verməkdən imtina edib. Bu səbəbdən Türkiyə hələ də İsveçin NATO-ya üzv olmaq təklifini təsdiq etməyib. Buna baxmayaraq, Türkiyə prezidentinin nümayəndəsi İbrahim Kalın Ankaranın Stokholm üçün Şimali Atlantika Alyansının qapısını bağlamadığını vurğulayıb.

Mənbə: lenta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir