Fransa Prezidenti Emmanuel Makron Çin Prezidenti Si Cinpinlə birgə mətbuat konfransı zamanı diplomatik səhvə yol verib.
Məlumata görə, fransız siyasətçi mətbuat qarşısında çıxış edərkən Çin liderindən iki dəfə çox danışıb. Bu zaman Si Cinpinin səbirsiz və əsəbi olduğu müşahidə edilib. O, bir neçə dəfə dərin nəfəs alıb və Makronun ona birbaşa müraciət etməsindən narahat olub.
Qeyd olunur ki, mətbuat konfransından sonra dövlət başçıları media nümayəndələrinin suallarını cavablandırmayıblar. Danışıqlardan sonra Si Cinpin Makronun Ukraynadakı münaqişədə Rusiyanı qınamaq çağırışına baxmayaraq, mövqeyində dəyişiklik əlaməti göstərməyib.
Mənbə: lenta.ru
www.102info.az