Papa Fransisk katoliklərin aprelin 9-da qeyd etdiyi Pasxa bayramı öncəsi müqəddəs cümə axşamı həbsxanada müxtəlif millətlərdən olan 12 məhbusun ayaqlarını yuyub.
Pontifik Roma yaxınlığında yerləşən “Casal del Marmo” adlı yetkinlik yaşına çatmayanlar üçün həbsxanaya baş çəkib. O, həvarilərin ayaqlarını yuyan İsa Məsihdən nümunə götürərək ənənəvi ayini həyata keçirib.
“İsa ürəyimizdə olanı bilir, bizi olduğumuz kimi sevir və hər birimizin ayağını yuyur. İsa heç vaxt zəifliklərimizdən qorxmur, əlimizdən tutmaq istəyir ki, həyat bizim üçün o qədər də çətin olmasın”, – Fransisk deyib.
Qeyd edək ki, Roma Katolik Kilsəsinin başçısı kimi Fransisk ənənəvi olaraq doğma Buenos-Ayresdə başladığı ənənəni davam etdirir və həbsxanalara baş çəkərək məhbusların ayaqlarını yuyur.
Mənbə: TASS
www.102info.az