Lavrov “Akkuyu”dan danışdı

Dünya


Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, “Akkuyu” Atom Elektrik Stansiyasının tikintisi Türkiyənin enerji təhlükəsizliyini gücləndirəcək.

Bu barədə o türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Ankarada görüşdən sonra keçirdikləri mətbuat konfransında deyib.

“Aprelin 27-də stansiyanın birinci blokuna nüvə enerjisi göndərəcəyimizi ifadə etmək istərdim. Türkiyədə qaz mərkəzi yaradılacaq. Rusiyanın enerji resurslarını dünya bazarına çıxarmaq üçün mərkəz yaradırıq. Ötən il dövlət başçılarımız, liderlərimiz bu qaz mərkəzinin yaradılması ilə bağlı qərar qəbul etdilər. Bu qərarın nə qədər doğru olduğunu daha yaxşı anladıq”.

Mənbə: Anadolu

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir