Təl-Əvivdə terror aktı: Yaralananlar var – FOTO

Dünya


Təl-Əviv sahilindəki terror aktı nəticəsində 7 nəfər yaralanıb.

Bu barədə İrailin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Polis bildirib ki, adı açıqlanmayan şəxs Təl-Əviv sahilində avtomobilini piyadaların üzərinə sürüb. O, artıq zərərsizləşdirilib.

Hadisə terror aktı kimi qiymətləndirilib.

Qeyd edək ki, daha əvvəl ölkə mediası Tel-Əviv sahilində atışma nəticəsində iki nəfərin yaralandığını bildirmişdi.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir