Almaniya Bundesliqasında XXVII turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, lider “Bavariya” “Frayburq”un qonağı olub. Görüş Münhen klubunun minimalhesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 52-ci dəqiqədə Mateys de Lixt vurub.
“Bavariya” 58 xalla vahid liderdir. “Frayburq” 47 xalla 4-cü pillədə qərarlaşıb.
Münhen klubunun ən yaxın izləyicisi “Borussiya” “Union”u sınağa çəkib. Qarşılaşma dortmundluların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Donyel Malen və Yussufa Mukokonun qollarına qarşı tərəfdən yalnız Kevin Behrens cavab verə bilib.
“Borussiya” 56 xalla 2-ci, “Union” 51 xalla 3-cüdür.
www.102info.az