“Ukrayna dünyanın ən çox minalanmış ölkəsidir. Partlayıcı qurğularla çirklənmiş ərazilərin sahəsi 180 min kvadratkilometr təşkil edir.
Bu barədə Ukrayna müdafiə nazirinin müavini Aleksandr Pavlyuk “Telegram” hesabında bildirib.
“Biz minatəmizləmə sahəsində davamlı olaraq öz imkanlarımızı təkmilləşdiririk: bölmələrin sayını artırırıq, mütəxəssislər hazırlayırıq, tərəfdaşlardan kömək və avadanlıqlar alırıq. Bununla belə işin həcmi olduqca çoxdur”, – deyə o qeyd edib.
Pavlyukun sözlərinə görə, minalardan təmizləmə tempi dəyişməz qalarsa, o zaman Ukrayna ərazisinin partlayıcı materiallardan təmizlənməsi üçün onilliklər lazım gələcək.
Mənbə: Focus.ua
www.102info.az