Almaniya Türkiyə və Suriyada zəlzələdən minlərlə zərərçəkmişi qəbul edib

Dünya


Almaniya fevral ayında Türkiyə və Suriyada baş verən güclü zəlzələlərdən zərərçəkmiş 9 minə yaxın insanı qəbul edib.

Bu barədə Almaniyanın daxili işlər naziri Nensi Fezer məlumat verib.

“Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələdən zərərçəkənlərin çoxunun Almaniyada qohumları var. Biz tez hərəkətə keçdik və humanitar yardım göstərdik”, – deyə o bildirib.

O əlavə edib ki, bura Almaniyada qohumlarının yanında 90 gün müvəqqəti qalma imkanı da daxildir.

Nazirin sözlərinə görə, bu məqsədlə 7 652 müvəqqəti yaşama vizası verilib. Onlardan 6 500-dən çoxu əsasən Türkiyədə zəlzələ zonasından olan insanlar üçün nəzərdə tutulub.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir