Türkiyə və İsrail prezidentləri Yaxın Şərqdəki son gərginliyi müzakirə ediblər

Dünya


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla israilli həmkarı İsaak Hersoq arasında telefon danışığı baş tutub. 

Bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Telefon danışığında, xüsusən, son günlər Yaxın Şərqdə gərginliyin artması müzakirə edilib.

Türkiyə Prezident Ramazan ayının və Pasxa bayramının eyni günlərə təsadüf etdiyi bir vaxtda Yaxın Şərqdə gərginliyin artmasına imkan verilməməsinin lazım olduğunu bildirib.

R.T.Ərdoğan problemin həlli yolunda ədalətli və davamlı sülhün bərqərar olması istiqamətində addım atmaq üçün üzərinə düşəni etməyə hazır olduğunu da vurğulayıb.

Mənbə: Haber Global

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir