Yayın əvvəlində NATO ölkələri Avropada genişmiqyaslı aviasiya təlimləri keçirəcəklər.
12-23 iyun tarixləri arasında keçiriləcək çoxmillətli “Air Defender 2023” təlimi 220-yə yaxın təyyarənin iştirakı ilə keçiriləcək. Bu, NATO-nun 1949-cu ildə yarandığı vaxtdan bəri ən böyük hərbi hava qüvvələri yerləşdirdiyi təlim olacaq.
Planlaşdırılan tədbirə Almaniya rəhbərlik edəcək və əməliyyat məntəqələri Çex Respublikası, Estoniya və Latviyada yerləşəcək.
ABŞ Hərbi Hava Qüvvələrinin general-leytenantı Maykl Lokun sözlərinə görə, planlaşdırılan hava təlimi təkcə NATO ölkələrinin birgə işləməsi üçün qarşılıqlı fəaliyyət qabiliyyətini yox, həm də koalisiya təyyarələrini tez bir zamanda yerləşdirmə və istifadə imkanlarını yoxlayır.
Mənbə: Obozrevatel
www.102info.az