Gürcüstanın “Vahid Milli Hərəkat” (VMM) müxalifət partiyası Tiflisin mərkəzindəki parlament binası qarşısında “Avropaya Birlikdə” şüarı ilə mitinq keçirir.
Mitinqdə yüzlərlə insan iştirak edir. Etirazçılar həm parlamentin qarşısındakı meydana, həm də ona bitişik Rustaveli prospektinə axışır. Adıçəkilən ərazilərdə nəqliyyatın hərəkəti dayandırılıb.
Aksiyanın təşkilatçıları hökumətdən Aİ-yə namizəd statusu almaq üçün Avropa İttifaqının 12 tövsiyəsinə əməl etməyi tələb edirlər. Mitinq iştirakçıları ölkənin Avro-Atlantik kursunda israrlıdırlar. Onlar həm də xarici siyasət vektorunu Rusiya ilə yaxınlaşma lehinə dəyişməyə cəhd etdiyinə görə rəhbərliyi qınayırlar.
Nümayişçilər Gürcüstan, Ukrayna, ABŞ və Avropa İttifaqının bayraqlarını dalğalandırırlar.
Mənbə: TASS
www.102info.az