Hibrid Günəş tutulması baş verəcək

Dünya


Aprelin 20-də ilin ilk Günəş tutulması baş verəcək.

Budəfəki hadisə hibrid tutulma adlanır və təbiətdə ən nadir hallardan biri sayılır.

Hibrid Günəş tutulması iki növ tutulmanı birləşdirir – tam və həlqəvi. Aydan gələn kölgə Yerin səthi boyunca hərəkət etdikcə onlar bir-birini əvəz edir. Çox vaxt hibrid tutulma əvvəlcə həlqəvi, sonra tam, daha sonra yenidən həlqəvi olur.

Belə tutulmalar nadir hallarda baş verir. Öncəki hadisə 8 aprel 2005-ci ildə müşahidə edilib, növbətisi isə 30 aprel 2041-ci ildə baş tutacaq.

Günəş tutulmasını Avstraliya, İndoneziya və Şərqi Timorun sakinləri izləyəcəklər. Lakin onlar hibrid Günəş tutulmasını yox, yalnız onun tam versiyasını görə biləcəklər. Hibrid təbiət hadisəsi isə ancaq okenaların ucqar nöqtələrindən müşahidə ediləcək.

Mənbə: unian.net

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir