İngiltərə Premyer Liqasının XXX turunda keçirilmiş “Liverpul” – “Arsenal” matçında insident yaşanıb.
Oxu.Az xəbər verir ki, qarşılaşmanın ilk yarısının sonunda oyunun yan xətt hakimi Konstantin Xatsidakis meydan sahiblərinin futbolçusu Endrü Robertsonun boğazına dirsəklə vurub. Bununla bağlı foto və videolar sosial şəbəkələrdə yayılıb.
Qarşılaşmadan sonra “Liverpul”un baş məşqçisi Yurgen Klopp insidentə geniş şərh verməyib:
“Bilirəm ki, belə bir şey olub, amma epizodu görməmişəm. Əgər belə olubsa, şəkillər öz sözünü deyəcək”.
İngiltərə futbolunda hakimliklə məşğul olan “Professional Game Match Officials Limited” hadisənin araşdırıldığını açıqlayıb.
Xatırladaq ki, sözügedən matçda qalib müəyyənləşməyib – 2:2.
www.102info.az