Türkiyə klubu məğlubiyyətdən sonra azarkeşlərin hücumuna məruz qaldı – VİDEO

Dünya


Türkiyə II Liqasında yarışan “Balıkesirspor” azarkeşləri komandanın çempionat matçında səfərdə “Uşakspor”a məğlubiyyətini (0:2) həzm edə bilməyiblər.

Narazı fanatlar geri qayıdarkən Akhisardakı restoranların birində yemək yeyən komandaya hücum ediblər. Öncə azarkeşlər futbolçu və məşqçi heyəti, klub rəsmiləri ilə mübahisə ediblər. Daha sonra dava düşüb. Komandadan heç kimin xəsarət almadığı bildirilir. Ancaq restorana ciddi zərər dəyib.

Klub yaydığı açıqlamada bu hücumu qətiyyətlə qınayıb.

Mənbə: Sporx.com

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir