Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinq cədvəlini açıqlayıb.
Qurumun rəsmi saytının yaydığı məlumata görə, 306 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız “Qarabağ” yer alıb.
“Atlılar” 149 xalla 62-ci pillədə qərarlaşıblar. Ağdam klubu Avropa təmsilçiləri arasında 39-cu, postsovet məkanında 1-cidir. “Qarabağ” reytinq cədvəlində “Atletiko”, “Fənərbağça”, “Qalatasaray”, “Latsio” kimi klubları qabaqlayır.
İlk üçlükdə müvafiq olaraq “Flamenqo” (Braziliya – 327 xal), “Real Madrid” (İspaniya – 298) və “Mançester Siti” (İngiltərə – 254) qərarlaşıblar.
Mənbə: iffhs.com
www.102info.az