Yaponiya Rusiyaya qarşı sanksiyaları gücləndirəcək

Dünya


Tokio G7 (“Böyük Yeddilik”) çərçivəsində, eləcə də Kiyevin müttəfiqləri ilə geniş əməkdaşlıq çərçivəsində Rusiyaya qarşı sərt məhdudiyyətlər qoymağa və Ukraynaya yardım göstərməyə davam edəcək.

Bu barədə Yaponiya hökumətinin baş katibi Hirokazu Matsuno bu gün keçirdiyi mətbuat konfransında bildirib.

“Ukraynadakı vəziyyətə gəlincə, qanunun aliliyinə əsaslanan dünya nizamını qorumaq üçün Yaponiya G7-nin sədri və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi “yeddilik” ölkələri və beynəlxalq ictimaiyyətlə əməkdaşlığa davam edərək Rusiyaya qarşı sərt tədbirlər görməyə davam edəcək və Ukraynaya yardımı gücləndirəcək”, – deyə Yaponiya Nazirlər Kabinetinin nümayəndəsi bəyan edib.

Mənbə: Mk.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir